Azərbaycan peyk xidmətlərinin ixracını artırıb

Azərbaycan peyk xidmətlərinin ixracını artırıb
# 30 dekabr 2020 12:18 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 30 ölkəsinə 41,3 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 2% artıb.

ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ni təşkil edib. 2020-ci ilin noyabr ayında isə “Azərkosmos” ASC dünyanın 20 ölkəsinə 3,5 mln. dollar dəyərində xidmət ixrac həyata keçirilib. “Azərkosmos” ASC-nin 2020-ci ilin yanvar-noyabr aylarında xidmət ixrac etdiyi əsas ölkələr Fransa, Birləşmiş Krallıq, ABŞ, Malayziya və BƏƏ-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR