Azərbaycanın startap şirkəti sosial məsafəni qoruyan cihaz hazırlayıb - FOTO

Azərbaycanın startap şirkəti sosial məsafəni qoruyan cihaz hazırlayıb - FOTO
# 18 may 2020 17:21 (UTC +04:00)

Azərbaycanın "Sumaks" startap şirkəti sosial məsafəni qoruyan cihaz təqdim edib.

Bunu "APA-Economics"ə şirkətin icraçı direktoru Cavid Məmmədov deyib.

Onun sözlərinə görə, cihaz dövlət qurumlarında, iaşə obyektlərində, zavodlarda və s. qurumlarda çalışan işçilər üçün nəzərdə tutulur.

"Ölkədə yüngülləşdirilən karantin rejimi səbəbindən iş yerlərində insanların sosial təmasda olması halları çoxalır. Xüsusi sensorlarla təchiz olunan cihaz, təyin olunan 2 metr sosial məsafə pozulduqda davamlı olaraq siqnal verir. Yaxın zamanda bu cihaz müxtəlif iş yerlərinə təklif olunacaq", - deyə C. Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR