"Azərişıq" 7 minədək sakinin yaşadığı kənddə yenidənqurma işləri aparır

"Azərişıq" 7 minədək sakinin yaşadığı kənddə yenidənqurma işləri aparır
# 02 sentyabr 2020 15:56 (UTC +04:00)

Abşeron rayonu Məhəmmədi kəndində 1 700 abonentin kompakt məskunlaşdığı ərazidə əhalinin enerji təchizatının yaxşılaşdırılması məqsədi ilə 2 ədəd 1 600 kVA güc transformatoru quraşdırılacaq yeni paylayıcı qurğunun tikintisinə başlanıb.

“Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bundan başqa 10 kV “Məhəmmədi-1”, 10 kV “Məhəmmədi-4” və “Məhəmmədi-5” hava xəttində zədəli dayaqlar yenisi ilə əvəzlənib. Xətlər daha keyfiyyətli müasir kabellərlə əvəz olunub. Ərazidə bir neçə yeni transformator quraşdırılaraq yeni güc mərkəzi yaradılıb.

Beləliklə 7 minədək sakinin yaşadığı kənddə işlər tam başa çatdıqdan sonra evlər dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq. Bundan başqa qəzaların sayı azalacaq, itkilərin həcmi minimuma enəcək. İşlər plana uyğun olaraq Bağlar EŞ ərazisində ardıcıl şəkildə davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR