"Azərişıq" "Əsgərə məktub" layihəsinə qoşulub - FOTO

"Azərişıq" "Əsgərə məktub" layihəsinə qoşulub - FOTO
  • Clock-gray 12:05
  • calendar-gray 20 Oktyabr 2020

“Azərişıq” ASC rəhbərliyi və qurumun əməkdaşları “ASAN Könülüləri” təşkilatının “Əsgərə məktub” layihəsinə qoşulub.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, qurum əməkdaşlarının böyük həvəslə yazıb əsgərlərə ünvanladığı məktublarında Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda apardıqları döyüşlərdən fəxrlə bəhs edilib.

Mənfur düşmənə qarşı göstərdikləri rəşadətli əməliyyatlara görə əsgərlərə minnətdarlıq ifadə olunub.

Şanlı və müzəffər Azərbaycan əsgərinə məktublar “Siz cəbhəni, biz zülməti yaraq!” devizi ilə yazılıb.

Hüseyn Vəliyev

Digər xəbərlər