BTQ ilə pandemiya dövründə 138 min ton, ümumilikdə isə 582 min ton yük daşınıb

BTQ ilə pandemiya dövründə 138 min ton, ümumilikdə isə 582 min ton yük daşınıb
# 17 iyun 2020 12:36 (UTC +04:00)

COVID-19 pandemiyası dövründə Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ilə ümumilikdə 138 min ton yük daşınıb.

APA-Economics” xəbər verir ki, bu barədə Türkiyənin sabiq Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri, AKP-nin Qars millət vəkili Ahmet Arslan “Anadolu” xəbər agentliyinə müsahibəsində bildirib.

Sabiq nazir qeyd edib ki, pandemiya dövründə xətlə 1 692 vaqonda 77 447 ton idxal, 1 726 vaqonda 60 571 ton ixrac məhsulu olmaqla ümumilikdə 138 min ton yük daşınıb.

A. Arslan bildirib ki, BTQ-nin istismara verilməsindən indiyədək ümumilikdə 9 280 vaqonla 582 min ton yük daşımaları həyata keçirilib.

A. Arslan qeyd edib ki, BTQ xəttinin Türkiyə ilə Qazaxıstan, Azərbaycan, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Rusiya və Çin arasındakı yük daşımaları, logistika və xarici ticarət baxımından önəmini pandemiya səbəbindən bir daha təsdiqlənib. Onun sözlərinə görə, COVID-19 virusunun yayıldığı bir vaxtda dəmiryolu xətti ilə yük fəaliyyətləri fasiləsiz şəkildə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR