Bakıda 4 yeni lokal sutəmizləyici qurğunun inşası təklif edilir

Bakıda 4 yeni lokal sutəmizləyici qurğunun inşası təklif edilir
# 09 oktyabr 2020 15:08 (UTC +04:00)

Bakıda kanalizasiya sisteminin imkanlarının artırılması çərçivəsində 4 yeni lokal sutəmizləyici qurğunun inşası təklif edilir.

APA-nın məlumatına görə, bu, "Bakı şəhərinin Baş Planı 2040"da əksini tapıb.

Layihəyə əsasən, hazırda Abşeron yarımadasında məskunlaşmış əhalinin 70%-ə qədərinin mərkəzləşdirilmiş kanalizasiya sisteminə çıxışı yoxdur və tullantı sularının yalnız bir hissəsi (435 min m3/gün) təmizlənərək Xəzər dənizinə buraxılır.

Kanalizasiya sisteminin imkanlarının artırılması çərçivəsində 4 yeni lokal sutəmizləyici qurğunun inşası təklif edilir. Bu layihələrin icrası Bakı şəhəri üzrə tullantı sularının təmizlənməsi sisteminin məhsuldarlığını 2,5 dəfədən çox artırmağa imkan verəcək.

Yerlərdə emal edilərək təmizlənmiş tullantı suları Böyükşor, Bülbülə, Xocahəsən və Zığ göllərini qidalandıraraq su hövzələrinin balansını etibarlı hədlərdə qorumaqla yanaşı, texniki məqsədlər, ətraf ərazilərin suvarılması və yaşıllaşdırılması üçün il ərzində 145 milyon m3-ə qədər həcmdə əlavə texniki su hasil etmək imkanına malik olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR