Bakıda "Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi" tədbiri keçirilir - FOTO

Bakıda "Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi" tədbiri keçirilir - FOTO
# 05 mart 2020 10:08 (UTC +04:00)

II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, sahə üzrə yerli və beynəlxalq təşkilatların, eləcə də müvafiq sahədə lisenziya alan şirkətlərin tərəfdaşlığı ilə Bakıda “Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbiri işə başlayıb.

"APA-Economics"in məlumatına görə, tədbirin əsas məqsədi fərdi məlumatların mülkiyyətçisi və operatoru kateqoriyalarını təmsil edən şəxslərlə əməkdaşlığın gücləndirilməsi, onların maarifləndirilməsi və beynəlxalq təcrübədən yararlanmaqla, ölkə səviyyəsində fərdi məlumatların mühafizə səviyyəsinin yüksəldilməsidir.

Tədbirdə dövlət qurumları, qeyri-hökumət təşkilatları, bank sektoru, beynəlxalq təşkilatlar və nümayəndəliklər, internet xidməti provayderləri, mobil operatorlar, təhsil müəssisələri, sığorta şirkətləri, səhiyyə müəssisələri və digər təşkilatların fərdi məlumatların mühafizəsi üzrə məsul şəxsləri, eləcə də Avropa Şurasının, Moldova, İsrail və s. ölkələrin ekspertləri iştirak edir.

“Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbirində yerli və beynəlxalq şirkətlər tərəfindən rəqəmli erada fərdi məlumatların mühafizəsi sahəsində Avropa İttifaqının Məlumat Mühafizəsinin Ümumi Qaydaları (General Data Protection Regulation – “GDPR”) əsas götürülməklə Avropa təcrübəsi ilə bağlı təqdimatlar və məruzələr dinləniləcək.

Bununla yanaşı, fərdi məlumatların mühafizəsi sahəsində ölkə üzrə əlaqələndirici qurum olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin təqdimatında ölkədə sahə üzrə mövcud vəziyyət, həyata keçirilən işlərlə və aparılan islahatlarla bağlı ətraflı məlumat verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR