Bakıda metronun bağlanması ilə əlaqədar sərnişindaşıma müntəzəm və ekspress xətt avtobusları ilə keçiriləcək

Bakıda metronun bağlanması ilə əlaqədar sərnişindaşıma müntəzəm və ekspress xətt avtobusları ilə keçiriləcək
# 31 mart 2020 18:58 (UTC +04:00)

Əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən Bakı metrosunda qatarların hərəkəti dayandırıldığından, sərnişindaşımaları müntəzəm və ekspress xətt avtobusları ilə həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) "APA-Economics"ə verilən məlumata görə, bütün ekspress xətlər üzrə avtobusların iş qrafiki 01.04.2020-ci il tarixindən saat 07:00-dan 20:00-dək olmaqla dəyişdirilir. Gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır.

Həm müntəzəm, həm də ekspress marşrut xətləri üzrə avtobuslararası interval sərnişin axınına uyğun tənzimlənəcək. Eyni zamanda, mümkün sərnişin sıxlığının qarşısını almaq məqsədi ilə ekspress xətlər üzrə ehtiyat avtobusların buraxılması nəzərdə tutulub.

Mövcud epidemik vəziyyətdə sərnişindaşımaların tənzimlənməsində başlıca məqsəd həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) xüsusi xəstəxana və karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir.

Bir daha vətəndaşları zərurət olmadığı halda evdə çıxmamağa, xüsusi karantin rejimi qaydalarına əməl etməyə çağırırıq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR