Bakının ictimai nəqliyyatında gedişi telefonun balansından ödəmək mümkün olacaq

Bakının ictimai nəqliyyatında gedişi telefonun balansından ödəmək mümkün olacaq
# 21 fevral 2020 15:15 (UTC +04:00)

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" şirkətinin abunəçiləri danışıq balansından istifadə edərək ictimai nəqliyyatda gediş haqqını ödəyə biləcək.

Bunu "APA-Economics"ə şirkətin Korporativ ünsiyyət departamentinin rəhbəri Nigar Şıxlinskaya deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə Bakı Nəqliyyat Agentliyi və digər tərəfdaşlarla işlər aparılır: "Şirkət olaraq bu xidmətin tezliklə abunəçilərin ixtiyarına verməkdə çox maraqlıyıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR