Bakının mərkəzinə gələn magistral su kəmərində qəza olub, paytaxtın 4 rayonunda suyun verilməsində məhdudiyyət yaranıb

Bakının mərkəzinə gələn magistral su kəmərində qəza olub, paytaxtın 4 rayonunda suyun verilməsində məhdudiyyət yaranıb
# 17 iyul 2020 16:19 (UTC +04:00)

Bakı şəhərinin mərkəzi hissəsini qidalandıran magistral su kəmərində (Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində) qəza baş verib.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının APA-ya verdiyi xəbərə görə, baş vermiş qəza ilə əlaqədar Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində 18 iyul 2020-ci il səhər saatlarına qədər məhdudiyyətlər olacaq: ""Azərsu" ASC-nin qəza briqadaları, xüsusi texnikası əraziyə cəlb edilib və qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR