"Baktelecom"un internet şəbəkəsində yaranan fasilələr aradan qaldırılıb

"Baktelecom"un internet şəbəkəsində yaranan fasilələr aradan qaldırılıb
# 19 iyun 2020 09:57 (UTC +04:00)

"Bakı Telefon Rabitəsi" MMC-nin (Baktelecom) internet şəbəkəsində yaranan fasilələr tam aradan qaldırılıb.

MMC-dən "APA-Economics"ə verilən məlumata görə, internet şəbəkəsini ötürən avadanlıqların işində fasilələr "Baktelecom"un tabeliyindəki 2 saylı Rabitə xidmətləri mərkəzi ATS 561-də ötən gün baş verən qısa qapanma səbəbindən yaşanıb.

Operatorun texniki heyəti tərəfindən baş verən çətinliyin aradan qaldırılması istiqamətində aparılan profilaktik tədbirlər nəticəsində baş verən qəza aradan qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR