"Bestcomp Group" xaricdə Dünya Bankının tenderlərinin qalibi oldu

"Bestcomp Group" xaricdə Dünya Bankının tenderlərinin qalibi oldu
# 11 mart 2020 16:15 (UTC +04:00)

Azərbaycanın aparıcı İT şirkəti “Bestcomp Group” Tacikistan Maliyyə Nazirliyi üçün “Dövlət Maliyyə İdarəetmənin Müasirləşdirilməsi layihəsi II” çərçivəsində Dünya Bankının keçirdiyi, toplam dəyəri 4,59 mln. ABŞ dolları olan, Data mərkəzin yaradılması və müvafiq İT infrastrukturun quraşdırılması tenderlərinin qalibi olub.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, şərtlərə görə məlumat mərkəzi “Uptime İnstitute TİER III” tələblərinə cavab verməlidir. Tacikistan Maliyyə Nazirliyi ilə “Bestcomp Group” arasında müvafiq müqavilələr mart ayında imzalanmışdır. “Bestcomp Group” şirkətinin Müşahidə Şurasının sədri Rauf Həsənov bu hadisəni Azərbaycan İKT sektoru üçün əlamətdar hadisə adlandırıb. O bildirib ki, son illər Azərbaycanda həyata keçirilən böyük İKT, infrastruktur, rəqəmsal transformasiya layihələri yerli şirkətlərin regional səviyyəsində güclənməsinə, xarici ölkələrdə uğurla fəaliyyət göstərməsinə zəmin yaradıb.

“Son illər “Bestcomp Group” data mərkəzlərin, İKT təhlükəsizlik sistemlərinin qurulması, müəssisələrin idarəetməsinin, əməliyyat proseslərinin avtomatlaşdırılması sahəsində böyük nailiyyətlər əldə edib. “Bestcomp Group”da yüzlərlə yüksək ixtisaslı, dünyanın aparıcı şirkətləri tərəfindən sertifikatlaşmış mütəxəssislər çalışır. Şirkətimiz Azərbaycan Ədliyyə Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (“AzInTelecom”), “PASHA Holding”in “Uptime İnstitut Tier III” sertifikatlı data mərkəzlərinin qurulması layihələrində uğurla iştirak edir. Məhz son illərdə əldə edilən yeni biliklər, təcrübə və peşəkar yanaşma bizə Dünya Bankı tərəfindən Tacikistan Maliyyə Nazirliyi üçün keçirilən tenderlərin qalibi olmaqda əsas rol oynamışdır. Bizim bu uğur Azərbaycandan İKT sahəsində bacarıqların, biliklərin, təcrübənin ixracı deməkdir”, - deyə R. Həsənov bildirib.

Qeyd edək ki, “Bestcomp Group” Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda “Lenovo DCG”, “Lenovo PSG”, “HP Inc.”, “Hewlett Packard Enterprise”, “Acer”, “Microsoft”, “Cisco”, “Juniper”, “Fortinet”, “Eaton”, “APC by Schneider Electric”, “Schneider Electric”, “Eltek”, “Benning”, “Radware”, “Microfocus”, “Manage Engine”, “Panduit”, “Tripp Lite”, “Artronic”, “Uniview”, “Apacer”, “Kindermann”, HID, “Monacor”, “Qualys” və “Radiflow” kimi dünyanın bir çox aparıcı istehsalçılarının “Value Added” distributoru, İKT sistem inteqrasiyası sahəsində tərəfdaşı olaraq, sifarişçilərə fəaliyyət göstərdikləri ölkələrdə peşəkar konsaltinq, texniki və layihə dəstəyi xidmətləri təqdim edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR