Çinin video-oyun sənayesinin gəlirləri 43 mlrd. dolları ötüb

Çinin video-oyun sənayesinin gəlirləri 43 mlrd. dolları ötüb
# 11 fevral 2021 13:00 (UTC +04:00)

2020-ci ildə Çində video-oyun sənayesinin gəlirləri 278,7 mlrd. yuan (təqribən 43,2 mlrd. ABŞ dolları) olub ki, bu da 2019-cu illə müqayisədə 20,71% çoxdur.

"APA-Economics" Şanxayın "Yicai Global" mənbəyinə istinadən xəbər verir ki, bu barədə Çinin İnternet Məlumat Mərkəzinin (CINIC) açıqlamasında deyilir.

Qeyd olunur ki, son bir ildə mobil cihazlardakı oyun seqmentinin gəlirləri illik nisbətdə 32,61% artaraq 209,7 mlrd. yuana (32,6 mlrd. dollara) çatıb. Bu rəqəm ölkədəki bütün video-oyun sənayesinin ümumi gəlirinin 75,24%-ni təşkil edib.

Eyni zamanda, ötən il Çində ümumi gəlirlərin strukturundakı konsol oyunlarının payı cəmi 2% olub. Dünya bazarında bu rəqəm təxminən 28%-dir. Bununla yanaşı, CINIC Çin bazarının bu sahədə inkişaf potensialına sahib olduğunu hesab edir.

2020-ci ilin sonunadək Çində oyunçuların sayı 518 milyona çatıb ki, bu da ölkədəki ümumi internet istifadəçilərinin yarısından çoxunu təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR