"Instagram"ın işində dayanmalar müşahidə olunur

"Instagram"ın işində dayanmalar müşahidə olunur
# 09 fevral 2021 10:47 (UTC +04:00)

Dünyanın bir sıra ölkəsində “Instagram” sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

"APA-Economics"in "Downdetector" portalına istinadən verdiyi məlumata görə, problemlərlə bağlı şikayətlərin daha çox ABŞ, Kanada, Almaniya, Niderland, Böyük Britaniya və bir sıra digər Avropa ölkələrindən daxil olduğu bildirilir.

Şikayətlərin əsas hissəsi (təxminən 62%-i) xəbər lentindəki problemlərlə əlaqədardır, istifadəçilərin 20%-i yeni dərcetmələrlə paylaşa bilmir, 17%-i isə "story"lərə baxmaqda çətinlik çəkir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR