Günün ikinci yarısında “MilliÖN” terminallarında “Kapital Bank”ın “Kart hesabının artırılması” xidməti bərpa olunacaq. Bunu “APA-Economics”ə "Komtec" şirkətinin müştəri xidmətləri bölməsinin rəhbəri Ülviyyə Əfəndiyeva deyib.
Onun sözlərinə görə, bu istiqamətdə hazırda profilaktik işlər aparılır.
Qeyd edək ki, “Kart hesabının artırılması” xidməti “MilliÖn” terminallarında avqustun 7-dən dayandırılıb. Xidmət üzrə əməliyyatları həyata keçirmək yalnız “Kapital Bank”ın və “Modenis” şirkətinə məxsus “eManat” terminalları vasitəsi mümkündür.