Martda Lahor-Bakı aviareysi açıla bilər

Martda Lahor-Bakı aviareysi açıla bilər
# 25 fevral 2021 11:31 (UTC +04:00)

"Pakistan International Airlines" (PIA) şirkəti gələn aydan Azərbaycana birbaşa aviareyslər üzrə uçuşlara başlamağı planlaşdırır.

"APA-Economics"in "Dunya News"a istinadən verdiyi məlumata görə, bunu PIA-nın rəsmisi bildirib.

Qeyd olunur ki, PIA-nın cədvəlinə əsasən, milli aviaşirkət martın 14-dən etibarən Bakıya birbaşa aviareyslər açacaq. Uçuşların həftədə iki dəfə Lahordan yerinə yetiriləcəyi gözlənilir.

Bununla yanaşı, aviaşirkət 28 mart tarixindən etibarən Özbəkistana (Daşkəndə) birbaşa uçuşlar həyata keçirəcək. Uçuşlar Lahor-Daşkənd aviareysi üzrə yerinə yetiriləcək. Eyni zamanda Pakistan tərəfi Özbəkistan hökumətindən Səmərqənd və Buxaraya uçuşların həyata keçirməsi üçün icazə istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR