"Micron"un bir saat işıqsız qalması dünyada operativ yaddaş qiymətlərini artıra bilər

"Micron"un bir saat işıqsız qalması dünyada operativ yaddaş qiymətlərini artıra bilər
# 04 dekabr 2020 17:02 (UTC +04:00)

Elektrik enerjisinin kəsilməsi səbəbindən ABŞ-ın "Micron" şirkətinin Tayvandakı zavodunun istehsal prosesində qısa fasilə yaranıb.

"APA-Economics"in "Tomshardware" portalına istinadən verdiyi məlumata görə, hadisəyə baxmayaraq, şirkətin səhmləri 2% bahalaşıb.

Zavod dünyadakı kompüter və serverlər üçün DDR4 və LPDDR4 RAM çiplərinin təxminən 10%-ni istehsal edir. Analitiklər baş verən hadisənin DRAM tipli operativ yaddaşların qiymətlərinin daha da artıracağını hesab edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR