Qaraçuxur, Yeni Günəşli və Əmircanın qaz təchizatında fasilə yaranıb

Qaraçuxur, Yeni Günəşli və Əmircanın  qaz təchizatında fasilə yaranıb
# 29 mart 2021 16:46 (UTC +04:00)

Mart ayının 29-da saat 15:50 radələrində "Qaz İxrac" İdarəsinin Qaraçuxur Qaz Paylayıcı Stansiyasında müşahidə olunan güclü qaz sızması ilə bağlı təcili təmir işlərinə ehtiyac yaranıb.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, qəza halı ilə əlaqədar olaraq Suraxanı rayonu Qaraçuxur, Yeni Günəşli və Əmircan qəsəbələrinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranıb.

“Günün sonuna qədər qaz təchizatının bərpası gözlənilir”, - məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR