"S&P": Qlobal avtomobil satışları bu il 20% azalacaq

"S&P": Qlobal avtomobil satışları bu il 20% azalacaq
  • Clock-gray 10:30
  • calendar-gray 24 Sentyabr 2020

"S&P Global Ratings" agentliyi COVID-19 pandemiyası fonunda bu il qlobal minik avtomobillərinin satışlarının 20% azalacağını proqnozlaşdırır.

"APA-Economics"in reytinq agentliyinə istinadən verdiyi məlumata görə, regionlar üzrə bu ilin II rübündə Çinin avtomobil bazarında artım əlamətləri müşahidə edilməyə başladı, iyul-avqust aylarında Avropa və Şimali Amerikada bir qədər sabitləşmə oldu.

Agentlik 2021-2022-ci illər üçün qlobal avtomobil satışları üzrə proqnozunu müvafiq olaraq 6% artımdan 7% artıma və 8% artımdan 9% artıma qədər yüksəldib. ABŞ-da bu il satışların 20-22% azalacağı, 2021-ci ildə 13-15% artacağı, Avropada isə bu il 20-25% azalma, 2021-ci ildə isə 8-10% artım gözlənilir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər