"Saxo Bank" qlobal aviadaşımaların bərpası üzrə proqnoz verib

"Saxo Bank" qlobal aviadaşımaların bərpası üzrə proqnoz verib
# 14 dekabr 2020 12:40 (UTC +04:00)

"Saxo Bank"ın investisiyalar üzrə direktoru Stiv Yakobsen qlobal hava daşımalarının aşağı tempdə bərpa olunmasının 2021-ci ilin I rübündə başlayacağını və yaya qədər COVID-19 pandemiyasından əvvəlki həcmlərin 70-80%-nə çatacağını proqnozlaşdırır.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumta görə, mütəxəssis qeyd edib ki, peyvənd olunalara xüsusi pasportların verilməsi variantını Avropa bəyənir, lakin texnologiya və elmin köməyi ilə virusunun daha yaxşı idarə oluna biləcəyində əminliyini bildirib.

S. Yakobsen əvvəllər adət edilən həyat tərzinin yalnız qismən qayıdacağını və evdən işin normal hala gələcəyini proqnozlaşdırır: "Şirkətlər bu trendin səyahətə xərclənən vaxt və pula qənaət etməklə yanaşı, bir çox insanın həyat səviyyəsinin yaxşılaşdırılmasına kömək etdiyini artıq anladı". O əlavə edib ki, artıq bir sıra şirkət heç vaxt köhnə iş rejiminə qayıtmayacaq.

Xatırladaq ki, "Fitch Ratings" beynəlxalq agentliyi 2021-ci ildə qlobal aviaşirkətlərin fəaliyyətinin COVID-19 pandemiyasının pik dövrü ilə müqayisədə yaxşılaşacağını, lakin tam bərpa ola bilməyəcəyini güman edir.

Agentlik müxtəlif regionlarda xəstələnənlərin artan sayı və hava səyahəti məhdudiyyətləri sərnişin axınını ən azı 2021-ci ilin birinci yarısı boyu aşağı səviyyədə saxlayacağını güman edir. "Fitch" gələn ilin III rübündən başlayaraq yaxşılaşma proqnozlaşdırır və bu prosesin ilin sonunadək davam edəcəyini bildirir. Bundan əlavə, COVID-19-a qarşı peyvəndin kütləvi istifadəsi nikbin proqnozlar üçün güclü zəmin yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR