Saxta elektron poçt ünvanlarından Azərbaycan vətəndaşlarına fişinq göndərişləri daxil olur

Saxta elektron poçt ünvanlarından Azərbaycan vətəndaşlarına fişinq göndərişləri daxil olur
# 09 oktyabr 2020 14:38 (UTC +04:00)

Azərbaycan vətəndaşlarına elektron poçt ünvanlarına saxta e-maillərdən fişinq göndərişləri daxil olur.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, vətəndaşlara belə saxta göndərişlərə açmamaq və onları xüsusən də fayl əlavə olunmuş elektron poçt göndərişlərini dərhal silmək tövsiyə olunur.

Qeyd edək ki, [email protected] və buna bənzər müxtəlif saxta elektron poçt ünvanlarından vətəndaşlara aşağıdakı səpkidə fişinq maillər daxil olur:

“Hörmətli müştəri,

Bu mesaj Proksi serverdən göndərilir, çünki əsas server erməni hakerlərin hücumuna məruz qalıb. Azərbaycan Maliyyə Nazirliyi və Mərkəzi Bank tərəfindən nəşr olunan bələdçi kitabını, habelə Azərbaycan Respublikasının Prezidentinin dövlət hesablarına, vətəndaşların bank hesablarına edilən hücumlarla bağlı beynəlxalq birliyə müraciətini təqdim edirik.

Mövcud vəziyyətlə əlaqədar olaraq, vətəndaşlar vəsaitlərini dərhal depozit hesablarından çıxarmalı, əlavə məlumat verildikdən sonra əmanətlərini nağd şəkildə saxlamalıdır. Maliyyə əməliyyatlarının problemsiz olması üçün vətəndaşlardan 5 iş günü müddətində 5 000 AZN-dən çox olmayan pul vəsaitinin çıxarılmaması xahiş olunur.

Müharibə vəziyyəti ilə əlaqədar yaranan narahatlığa görə üzr istəyir, anlayışınız üçün təşəkkür edirik.

Anar Gasanov

Baş icraçı direktoru

AccessBank Azərbaycan

+994 24 274 97 17".

Bənzər hallarla qarşılaşdıqda, şübhə doğuran göndərişləri vətəndaşlar Mərkəzə (cert.gov.az) və ya Elektron Təhlükəsizlik Xidmətinə (cert.az) göndərə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR