"Teleradio" İB-yə müvəqqəti baş direktor təyin edilib

"Teleradio" İB-yə müvəqqəti baş direktor təyin edilib
# 15 mart 2021 11:40 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin (“Teleradio” İB) baş direktor vəzifəsinin müvəqqəti icrası, qurumun texniki direktoru Mikayıl Abbasova həvalə edilib.

Bu barədə “APA-Economics”ə nazirlikdən bildirilib.

Qeyd olunub ki, “Teleradio” İB-nin baş direktoru Əflatun Şərifov təqaüd yaşı çatdığına görə tutduğu vəzifədən öz ərizəsi ilə çıxıb.

Xatırladaq ki, Ə. Şərifov 1956-cı ildə Bakı şəhərində anadan olub. O, 1997-2005-ci illərdə “Teleradio”da müxtəlif vəzifələrdə işləyib.

Ə. Şərifov 2005-2021-ci illərdə “Teleradio” İB-də rəis müavini, baş direktorun müavini, baş direktorun vəzifəsini icra edən, baş direktor vəzifələrində fəaliyyət göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR