ADY: BTQ-nin Gürcüstan hissəsində tranzit daşımalarının həcminin artırılması məqsədilə təmir-bərpa işləri aparılır - YENİLƏNİB

ADY: BTQ-nin Gürcüstan hissəsində tranzit daşımalarının həcminin artırılması məqsədilə təmir-bərpa işləri aparılır - YENİLƏNİB
# 16 may 2023 13:09 (UTC +04:00)

Tranzit daşımalarının həcminin artırılması məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində təmir-bərpa işləri aparılır.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Qeyd olunub ki, təmir-bərpa işləri ilə əlaqədar yolda hərəkət məhdudlaşdırılıb.

***

11.56

Bu gündən etibarən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsi qeyri-müəyyən müddətə bağlanıb.

Bu barədə “APA-Economics” Gürcüstan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, dəmir yolunun Gürcüstan hissəsinin bağlanmasının səbəbi - baş podratçı tərəfindən sahənin tikinti tempinin sürətləndirilməsi və layihənin qısa müddətdə başa çatdırılmasıdır.

Qeyd olunur ki, dəmir yolu xəttinin tikintisinə 2008-ci ildə başlanılıb. Dəmir yolu rəsmən istifadəyə verilməsə də, 2017-ci il oktyabrın 30-dan yükdaşımaları sınaq rejimində həyata keçirilir. Gürcüstan ərazisində işlərin təxminən 86%-i yerinə yetirilib.

Vurğulanır ki, ötən ilin dekabrında Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu il layihəyə əlavə olaraq 100 mln. dollar sərmayə qoyulacağını və onun təntənəli açılışının 2024-cü ildə baş tutacağını bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR