ADY: Horadiz-Ağbənd dəmiryolu xəttinin 60 kilometrlik hissəsi çəkilib

ADY: Horadiz-Ağbənd dəmiryolu xəttinin 60 kilometrlik hissəsi çəkilib
# 20 fevral 2023 15:11 (UTC +04:00)

İndiyə kimi Horadiz-Ağbənd dəmiryolu xəttinin 60 kilometrlik hissəsində rels-şbal çərçivələri quraşdırılıb.

Bunu “APA-Ecomonomics”ə açıqlamasında Azərbaycan Dəmir Yolları Tikintiyə Nəzarət İdarəsinin layihə-smeta şöbəsinin rəisi Kənan Rzayev deyib.

O bildirib ki, 300-ə yaxın mühəndislik qurğusunun tikintisi yekunlaşıb. Dəmiryolunun 62-72-ci kilometrliyində torpaq yatağı və mühəndislik qurğularının tikintisi davam etdirilir. Dəmiryolu xətti Türkiyənin “Kalyon İnşaat” şirkəti tərəfindən davam etdirilir. Qeyd edilib ki, dəmiryolu xəttinin tikintisinə yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislər də cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR