Azad olunan ərazilərdə 5 mlrd. dollarlıq layihələrin icrasına hazırlıq görülür

Azad olunan ərazilərdə 5 mlrd. dollarlıq layihələrin icrasına hazırlıq görülür
# 25 aprel 2022 16:42 (UTC +04:00)

İşğaldan azad olunan ərazilərdə turizm, kənd təsərrüfatı, səhiyyə xidmətləri sahəsində ümumi dəyəri 5 mlrd. dollar təşkil edən layihələrin icrasına hazırlıq işləri aparılır.
Bunu “APA-Economics”ə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Cemal Yangın deyib.
Onun sözlərinə görə, layihələrin icrasına bu ilin sonuna start verilə bilər, lakin ilk növbədə baş plan təsdiq olunmalıdır.
“Türkiyə şirkətləri hazırda infrastruktur layihələrə cəlb olunublar. Qarabağda ən vacib infrastruktur layihələri yol, körpü, viaduk (körpü tipli nəqliyyat infrastrukturu red.), su, elektrik enerjisi və internetdir. Bu gün orada fəaliyyət göstərən 10 şirkətin üzərində olan böyük məsuliyyətli işlər bunlardır. İnfrastruktur olmadan heç bir inkişaf ola bilməz. Məhz bu səbəbdən ilkin olaraq bu işlər öz həllini tapmalıdır. Ərazi bildiyiniz kimi minalanıb. Sərbəst getmək də olmur. Gələcəkdə inkişaf proqramları və baş plan ortaya çıxandan sonra yeni bir mərhələ başlanacaq”, - deyə Cemal Yangın qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR