AZAL Bakı-Almatı-Bakı marşrutu üzrə reyslər açır

AZAL Bakı-Almatı-Bakı marşrutu üzrə reyslər açır
# 09 yanvar 2023 15:49 (UTC +04:00)

Uçuş proqramının inkişafı çərçivəsində 2023-cü ilin mart ayında “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı şəhərindən Qazaxıstanın ən böyük şəhərinə - Almatıya uçuşlar yerinə yetirməyə başlayacaq.

AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, 17 martdan etibarən AZAL həftədə iki reys tezliyi ilə - çərşənbə axşamı və cümə günləri Bakı-Almatı-Bakı marşrutu üzrə reyslər yerinə yetirməyi nəzərdə tutur.

Uçuş cədvəli ilə tam şəkildə aviaşirkətin rəsmi saytında tanış olmaq mümkündür. Reyslərə aviabiletləri “Azərbaycan Hava Yolları” aviaşirkətinin saytında, mobil tətbiqdə, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində əldə etmək olar.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən qüvvədə olan məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişin kateqoriyası qəbul ediləcək.

Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları bu ölkəyə giriş qaydaları ilə bu keçid vasitəsilə tanış ola bilər, Azərbaycana giriş qaydaları ilə isə aşağıdakı bu keçid vasitəsilə tanış olmaq mümkündür:

Qeyd edək ki, hal-hazırda AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkəti həftədə üç dəfə Bakı-Almatı-Bakı marşrutu üzrə uçuşlar yerinə yetirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR