Azərbaycan, Gürcüstan və Rumıniya fider daşımaları üzrə saziş imzalayıblar

Azərbaycan, Gürcüstan və Rumıniya fider daşımaları üzrə saziş imzalayıblar
  • Clock-gray 17:42
  • calendar-gray 22 Oktyabr 2019

“Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Tbilisidə keçirilən ümumi yığıncağı çərçivəsində Qara dənizdə Gürcüstanın Batumi və Rumıniyanın Konstansa limanları arasında müntəzəm fider konteyner xətti üzrə daşımalar həyata keçirəcək üç şirkət arasında əməkdaşlıq sazişi imzalanıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) “APA-Economics”ə verilən məlumata görə, sazişə ASCO-nun törəmə müəssisəsi “ACSC Logistcs” MMC, Gürcüstanın “GR Logistics & Terminals”, Rumıniyanın “Grampet Group” şirkətləri imza atıblar.

Məlumata əsasən, bu xətt üzrə əsas yük kimi Avropa-Çin-Avropa və Avropa-Mərkəzi Asiya-Avropa istiqamətlərindən tranzit yüklərin daşınması nəzərdə tutulub. Gözləntilərə görə, adıçəkilən istiqamətlər üzrə Qara dənizdə konteyner xətti ilə yüklərin çatdırılması müddəti azalacaq.  Bu da Qara dəniz üzərindən də keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun cəlbediciliyini və Azərbaycan üzərindən keçən tranzit konteyner daşımalarının həcmini artıracaq.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date