Azərbaycan-İran hökumətlərarası komissiyasının növbəti iclası martda keçiriləcək

Şahin Mustafayev

© APA | Şahin Mustafayev

# 25 yanvar 2022 15:39 (UTC +04:00)

Bu ilin mart ayının əvvəlində Azərbaycan-İran birgə hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu gün aparılan müzakirələr hökumətlərarası komissiyanın növbəti iclasına hazırlıqdır.

Xatırladaq ki, İranın yol və şəhərsalma naziri, İran – Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyəti dünən ölkəmizə səfərə gəlib. İran nümayəndə heyəti Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə işğaldan azad edilmiş ərazilərə səfər edib.

Qeyd edək ki, bu gün Bakıda səfərdə olan İran nümayəndə heyəti Baş nazirin müavini Şahin Mustafayevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı Astaraçay çayı üzərində yeni avtomobil yolu körpüsünün tikintisi ilə bağlı yaradılmış birgə işçi qrupunun 2021-ci ilin 7 dekabr tarixində keçirilmiş birinci iclasının Protokolu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR