Azərbaycanda “Avro-5” dizel yanacağının istehsalına başlanılıb

Azərbaycanda “Avro-5” dizel yanacağının istehsalına başlanılıb
# 02 iyun 2023 16:11 (UTC +04:00)

Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində 2023-cü ilin ikinci rübündən etibarən "Avro-5" standartına uyğun dizel yanacağı istehsalına başlanılıb.

Bu barədə "APA-Economics" SOCAR-ın "Caspian Oil&Gas" sərgisindəki stendində nümayiş etdirdiyi məlumatlara istinadən xəbər verir.

Məlumata görə, NEZ öz işinə 1953-cü ildə başlayıb və indiyədək müəssisə tərəfindən 364 mln. ton neft emal edilib. Zavod 30 adda məhsul istehsal edir, istehsal edilən məhsulların 10%-i ixrac olunur.

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR