Azərbaycanda "Facebook" və "Twitter" istifadəçilərinin fəallığı artıb

Azərbaycanda "Facebook" və "Twitter" istifadəçilərinin fəallığı artıb
  • Clock-gray 12:06
  • calendar-gray 01 Oktyabr 2019

Bu ilin sentyabr ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı avqust ayı ilə müqayisədə 0,71 faiz bəndi artıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, oktyabrın 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 61% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 21 faiz bəndi çoxdur.

Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələri arasında populyarlığına görə ikinci yerdə "Pinterest" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı sentyabr ayı ərzində 3,53 faiz bəndi azalıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı cari ilin oktyabrın 1-nə 11,7% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 1,34 faiz bəndi çoxdur.

Bu ilin sentyabr ayı ərzində ölkə üzrə "Twitter" şəbəkəsinin istifadəçilərinin fəallığı 1,72 faiz bəndi artıb. Oktyabrın 1-nə olan məlumata görə, "Twitter" Azərbaycan sosial media bazarında 10,7% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz bəndi çoxdur.

Digər sosial şəbəkələrin pay bölgüsü: "YouTube" – 8,75%, "Instagram" – 5,09%, "VKontakte" – 1,17%, "Google+" – 0,09% və s.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date