Azərbaycanda mobil rabitənin keyfiyyət göstəriciləri ölçülə bilər

Azərbaycanda mobil rabitənin keyfiyyət göstəriciləri ölçülə bilər
# 27 yanvar 2022 14:23 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorlarının təqdim etdiyi xidmətlərin keyfiyyəti İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi tərəfindən ölçülə bilər.

"APA-Economics" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" adlı seminarda çıxış edərkən deyib.

Onun sözlərinə görə, hazırda xidmət keyfiyyətinin göstəriciləri birbaşa olaraq operatorlar tərəfindən ölçülür.

“Operatorlar qarşısında məsələ qaldırılır ki, onlar özləri təqdim etdikləri xidmətləri ölçsünlər və şəbəkədə aşkar olunan qüsurlar barədə yekun nəticə təqdim etsinlər. Bura həm şəbəkənin əhatə dairəsi, baş tutmayan zənglərin sayı və sair göstəricilər daxildir. Biz Agentliyin çərçivəsində bu ölçmələri, bu keyfiyyət normativləri qurulmasını istəyirik ki, sonda mobil operatorlar tənzimləyicinin real gücünü və rolunu hiss etsinlər”, - deyə R. Rüstəmov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR