Azərbaycanın ABŞ bazarına "Amazon" və "eBay"la ixrac imkanları yaranıb

Azərbaycanın ABŞ bazarına "Amazon" və "eBay"la ixrac imkanları yaranıb
# 16 yanvar 2023 12:35 (UTC +04:00)

"Azexport" portalı vasitəsilə 2022-ci ildə ixrac sifarişlərinin dəyəri 469,9 mln. dollar təşkil edib.

"APA-Economics" xəbər verir ki, bunu 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair keçirdiyi mətbuat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. O, "Amazon" və "Ebay" vasitəsilə ixrac imkanlarının yarandığını qeyd edib.

V. Qasımlı həmçinin əlavə edib ki, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə ötən il 269,7 mln. ABŞ dolları ixrac həyata keçirilib. Bu, Azərbaycanın ümumi qeyri-neft ixracının 10%-ni təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR