Azərbaycanda daha bir elektron xidmətlər portalı yaradılacaq

Azərbaycanda daha bir elektron xidmətlər portalı yaradılacaq
# 13 noyabr 2019 15:06 (UTC +04:00)

Gələn il Azərbaycanın bir sıra dövlət qurumlarının xidmətlərini cəmləşdiriləcək yeni "e-KOB" elektron xidmətlər portalı yaradılacaq.

Bunu "APA-Economics"ə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər Agentlik tərəfindən ölkədə "elektron hökumət" layihəsi çərçivəsində icra olacaq: "Portal təkcə KOBİA-nı deyil, eləcədə də bir neçə digər dövlət qurumunu "e-KOB" reyestrinə inteqrasiyasını nəzərdə tutur. Portala bir neçə dövlət qurumunu – İqtisadiyyat Nazirliyini, Dövlət Vergi Xidmətini, Qida Təhlükəsizliyi Agentliyini, Kənd Təsərrüfatı Nazirliyini və digərlərini birləşdirəcək. İnanıram ki, bu layihə gələn il ərzində icra olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR