"Azercell-Lab" təcrübə proqramının ilk qalibləri müəyyənləşib

"Azercell-Lab" təcrübə proqramının ilk qalibləri müəyyənləşib
# 24 iyul 2019 12:15 (UTC +04:00)

“Azercell Telekom” mobil rabitə operatorunun may ayında elan etdiyi “Azercell-Lab” ödənişli təcrübə proqramının ilk qalibləri müəyyənləşib.

“Azercell”dən “APA-Economics”ə verilən məlumata görə, təcrübəçilər iyul ayının 1-dən etibarən "İT-lab" və "Biznes-lab" inkubasiya mərkəzlərində telekommunikasiya sahəsinin ən son trendləri ilə tanış olmaq fürsətindən istifadə edərək nəzəri biliklərini tətbiq edib, peşəkar mühitdə şirkətin real layihələrində iştirak edirlər.

Təcrübə Proqramının ilk həftəsində “Azercell” Akademiyasının peşəkar təlimçiləri tərəfindən “Azercell-Lab”ın rezidentlərini yeni nəsil rəqəmsal texnologiyalar ilə yaxından tanış etmək üçün xüsusi master-klasslar və təlimlər təşkil edilib. Qaliblər 6 ay müddətində biznes və İT sahələrində zəngin təcrübəyə malik olan aparıcı ekspertlər ilə birlikdə çalışaraq, “Azercell” şirkətində karyeralarında ilk addımlarını atmaq üçün əvəzolunmaz fürsət əldə ediblər. Rəqəmsal Texnologiyalara həvəsi olan gənclərə dəstək olmaq və onların telekommunikasiya sahəsinə marağını artırmaq məqsədi daşıyan bu layihənin qalibləri 600-dən çox namizəd arasında akademik fəaliyyəti və peşə bilikləri əsasında dəyərləndirilərək seçilib.

Qeyd edək ki, bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 190-dan çox tələbə “Azercell”də təcrübə keçmək fürsətindən yararlanıb. Onlardan 27-si isə artıq “Azercell”də çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR