"Azercell" yeni tətbiqini istifadəyə verib

"Azercell" yeni tətbiqini istifadəyə verib
# 09 iyul 2019 11:48 (UTC +04:00)

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telekom” şirkəti yeni “Kabinetim” tətbiqini abunəçilərin istifadəsinə verib.

“Azercell”dən “APA-Economics”ə verilən məlumata görə, tətbiq istifadəçilərə nömrə xəttinin idarəedilməsi, balansa nəzarət, balans artırma, İnternet paketlərinin və rominq internet paketlərinin aktivləşdirilməsi, tarif paketinin dəyişdirilməsi və bir çox başqa imkanlar təqdim edir. Həm “iOS”, həm də “Android” əməliyyat sistemləri üzərində işləyən çoxfunksiyalı “Kabinetim” tətbiqini “App Store” və ya “Play Store”dan “Azercell/Kabinetim” açar sözünü axtarışa verməklə ödənişsiz yükləmək mümkündür.

“Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən “Kabinetim” tətbiqi istifadəçilərə ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə işlənib hazırlanıb”, - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə bazarında 49% paya malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 99,1%-ni (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 mln. abunəçi “Azercell”in xidmətlərindən istifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR