"Azəriqaz" bu il 10 min "ağıllı" sayğac quraşdıracaq - VİDEO

"Azəriqaz" bu il 10 min "ağıllı" sayğac quraşdıracaq - VİDEO
# 18 mart 2022 15:01 (UTC +04:00)

“Azəriqaz” İstehsalat Birliyi bu il ərzində respublika üzrə ən azı 10 min xüsusi qurğular ilə təchiz edilmiş "ağıllı" (sonradan ödəmə mexaniki – red.) sayğacın tətbiqini nəzərdə tutur.

"APA-Economics"in xəbərinə görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, mərhələli şəkildə bütün Azərbaycanda bu cür ağıllı sayğacların (bu tip sayğaclar məlumatların məsafədən oxunulmasını, qazın verilişini məsafədən dayandırmağa və bərpa etməyə imkan verir – red.) davam edəcək.

Qeyd olundu ki, ağıllı sayğacların tətbiqinə 2021-ci ildə start verilib.

Xatırladaq ki, hazırda Respublika ərazisində smart-kart tipli sayğaclardan da istifadə edilir. Yaxın bir neçə il ərzində "Azəriqaz" əvvəlcədən ödənişli smart-kart tipli sayğacların alınmasını dayandıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR