"Azəriqaz": Qazın verilməsində heç bir problem yoxdur

Ruslan Əliyev

© APA | Ruslan Əliyev

# 14 yanvar 2022 12:45 (UTC +04:00)

Respublika ərazisində hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar "Azəriqaz" İstehsalat Birliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

"APA-Economics"in məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, "Azəriqaz" hava şəraitinin dəyişəcəyi barədə məlumatlı idi və artıq gücləndirilmiş iş rejimimə keçib.

Baş direktor onu da əlavə edib ki, gücləndirilmiş iş rejimi əlavə işçi qüvvəsinin, işçi briqadaların cəlb edilməsindən ibarətdir.

"Biz bu hava şəraitinə tam hazırıq və bu havaların birdən soyuması heç bir abonentimizə təsir etməyəcək, qazın verilməsində də bugünkü günə heç bir problem yoxdur", - R. Əliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR