“Azəriqaz”ın rəhbəri: “Ümid edirəm ki, məbləğdə xeyli azalmalar baş verə bilər” - VİDEO

“Azəriqaz”ın rəhbəri: “Ümid edirəm ki, məbləğdə xeyli azalmalar baş verə bilər” - VİDEO
# 02 sentyabr 2022 12:52 (UTC +04:00)

Qaz xəttlərinin yerdəyişməsi, qapı keçidləri və bu tip məsələlərlə bağlı abonentlər SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinə deyil, regionlar üzrə “ASAN xidmət”, Bakı şəhəri üzrə isə "ASAN Kommunal" mərkəzlərinə müraciət edəcəklər.

"APA-Economics" xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

“Qapı keçidləri, xətt yerinin dəyişdirilməsi ilə bağlı cəmiyyətdə həmişə müzakirələr olur, həm qiyməti ilə bağlı, həm də dəyişmə prosesi ilə bağlı. Ona görə də biz bununla bağlı qaydaları dəyişdik. Artıq bu müraciətlər də “ASAN xidmət” mərkəzlərinə olacaq. Orada da seçim abonentin öz üzərindədir. 20-dən çox podratçı təşkilat var ki, onlar vasitəsilə bunu (qeyd olunan məsələlər üzrə texniki işlər aparılması – red.) həyata keçirə bilərlər”, - Ruslan Əliyev qeyd edib.

O ümid edib ki, bundan sonra xətt dəyişmələri, qapı keçidləri məsələlərində qiymət azalmaları baş verəcək, çünki rəqabət artır: “Əvvəl bu sahədə 5-6 və yaxud 10 şirkət var idisə, indi bunların sayı 20-dən çoxdur. Bu da vətəndaşlar üçün imkan yaradır ki, daha çox podratçı təşkilatlarla danışıqlar aparıb, kim daha sərfəli, bu işi operativ və təhlükəsiz görürsə, onunla bu işi aparsın".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR