“Azərsu” ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC yeni yaradılan Agentliyin tabeliyinə verilib

“Azərsu” ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC yeni yaradılan Agentliyin tabeliyinə verilib
# 30 mart 2023 15:14 (UTC +04:00)

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı müvafiq Fərmanda əksini tapıb.

Agentliyin əsasnaməsi və strukturu təsdiq edilənədək “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətlərini davam etdirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR