Bakıda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunur

Bakıda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunur
# 26 aprel 2022 12:19 (UTC +04:00)

Bakıda Azərbaycan-Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası dövlət komissiyasının 20-ci iclası işinə başlayıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan tərəfini iclasda Baş nazirin müavini Şahin Mustafayev təmsil edir.

Rusiya nümayəndə heyətinə isə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk rəhbərlik edir.

Tərəflər iqtisadi əməkdaşlığın kompleks məsələsini nəzərdən keçirəcəklər.

Xatırladaq ki, aprelin 20-21-də Rusiya Energetika Nazirliyinin təşkilatçılığı ilə yanacaq-energetika məsələləri üzrə Azərbaycana üçüncü Rusiya biznes missiyası keçirilib.

İlk iki missiya 2021-ci ilin iyul və noyabr aylarında baş tutub, bunun nəticəsində konkret razılaşmalar icra olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR