Bakının mərkəzinə suyun verilməsində məhdudiyyətlər olacaq

Bakının mərkəzinə suyun verilməsində məhdudiyyətlər olacaq
# 07 mart 2023 10:54 (UTC +04:00)

Bu gün Bakının mərkəzi ərazilərinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.

“Azərsu” ASC-dən "APA-Economics"ə verilən məlumata görə, magistral su kəmərində aparılan yenidənqurma işləri ilə əlaqədar 07 mart 2023-cü il tarixində gün ərzində Bakı şəhəri Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Bülbül, Xəqani, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva və Bəşir Səfəroğlu küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR