Bu il Bakının inkişafına 6 mlrd. manatdan çox vəsait yönəldilib

Bu il Bakının inkişafına 6 mlrd. manatdan çox vəsait yönəldilib
# 31 oktyabr 2019 13:53 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Bakının iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 291,6 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,1% az vəsait yönəldilib.

Bakı Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, əsas kapitala yönəldilmiş vəsaitlərin 48,7% tikinti-quraşdırma işlərinə sərf edilib.

Məlumata əsasən, 2019-cu ilin 9 ayında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 66,1%-ni tikinti, yenidənqurma və genişləndirmə, 6,9%-ni əsaslı təmir, 5,1%-ni cari təmir, 21,9%-ni isə sair tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 84,7%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR