“Buta Airways”in təyyarəsi Tbilisidə məcburi eniş edib

“Buta Airways”in təyyarəsi Tbilisidə məcburi eniş edib
# 15 may 2023 13:50 (UTC +04:00)

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) tərkibinə daxil olan “Buta Airways” aviaşirkətinin J2-9003 nömrəli Bakı-Ankara reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub.

Təyyarə yerli vaxtı ilə saat 12:23-də Tbilisi hava limanına uğurla eniş edib.

Sərnişinə tibbi yardım göstərildikdən sonra təyyarə Ankaraya yola düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR