Dövlət informasiya ehtiyatlarında nöqsanlar aşkar edilib

Dövlət informasiya ehtiyatlarında nöqsanlar aşkar edilib
# 23 noyabr 2022 17:21 (UTC +04:00)

Azərbaycan dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumları üçün yaradılmış təhlükəsizliyinə nəzarət olunan dövlət elektron poçt xidmətində 3-cü rüb ərzində ümumilikdə 7 mln. 230 min elektron poçt emal edilib.

APA-Economics” dövlət xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, onlardan 6 mln. 419 mini istifadəçilərə çatdırılıb, 732 mini zərərli tərkibli olması ilə blok edilib, 80 mini isə şübhəli elektron poçt kimi karantinə götürülüb.

“Xüsusi mühafizə avadanlıqları təmin olunmuş elektron poçt sistemindən hazırda dövlət qurumlarının 30 min əməkdaşı istifadə edir”, - deyə məlumatda bildirilib.

Bundan başqa, dövlət informasiya ehtiyatlarında 380 təhlükəsizlik boşluqları - nöqsanları aşkar edilib və aradan qaldırılması üçün audit reportları hazırlanaraq tövsiyələrlə bərabər müvafiq qurumlara təqdim edilib: “Həmçinin bu müddət ərzində dövlət qurumlarının 2014-cü ildən istifadəsinə verilmiş “Elektron Sorğu Sistemi” vasitəsi ilə dövlət qurumlarından 4 544 sorğu qəbul edilərək qeydə alınaraq zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR