Dövlət qurumlarında informasiya sızması ilə bağlı risklərin səviyyələri açıqlanıb

Dövlət qurumlarında informasiya sızması ilə bağlı risklərin səviyyələri açıqlanıb
# 23 noyabr 2022 17:37 (UTC +04:00)

“Kibergigiyena” layihəsi çərçivəsində 4 475 dövlət qurumu əməkdaşı sınaq testlərinə, 3 187 əməkdaş isə online təlimlərə cəlb edilib və layihənin ilkin mərhələsi 74% tamamlanıb.

APA-Economics” Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, bu barədə qurumun cari ilin III rübü ilə bağlı yaydığı hesabatda bildirilib.

“İlkin nəticələrin analizi informasiya sızmasına səbəb ola biləcək risklərin müvafiq səviyyələr üzrə (aşağı risk kateqoriyası üzrə - 3%, orta risk kateqoriyası üzrə - 15%, riskli kateqoriyası üzrə - 60%, yüksək risk kateqoriyası üzrə - 72%) azalması ilə müşahidə olunub.

Dövlət qurumlarında informasiya sızmasına qarşı informasiya təhlükəsizliyi təminatına diqqət və nəzarətin gücləndirilməsi məqsədi ilə informasiya təhlükəsizliyinin təminatı haqqında İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası tərəfindən hazırlanmış və dövlət qurumlarına təqdim edilmiş nümunəvi təlimat (policy) əsasında 90 dövlət qurumu öz daxili informasiya təhlükəsizliyi təlimatını hazırlayaraq tətbiqi üçün təsdiq edib”, - deyə məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR