"e-visa" adlı kütləvi domen qeydiyyatları müşahidə olunur - XƏBƏRDARLIQ

"e-visa" adlı kütləvi domen qeydiyyatları müşahidə olunur - XƏBƏRDARLIQ
# 22 iyun 2022 14:15 (UTC +04:00)

Son zamanlar müxtəlif xarici domen zonalarında "e-visa" adlı kütləvi domen qeydiyyatları müşahidə olunur.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlıumata görə, qeydiyyatdan keçirilən domen adlarının ümumişlək olması və turizm şirkətləri tərəfindən mümkün istifadəsini nəzərə alaraq onların bloklanması və ya qarşısının alınması yanlış pozitiv (false-positive) ola bilir.

Lakin domen adlarının şübhəli quruluşları onu deməyə əsas verir ki, dələduzlar bu sahədə də aktiv kampaniyalar həyata keçirir.

Mərkəz vətəndaşları belə saytlarda qeydiyyat və digər əməliyyatlar zamanı diqqətli olmağa çağırır və yalnız legitimliyinə əmin olduqları elektron informasiya resurslarından istifadə etməyi tövsiyə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR