Ələt Azad İqtisadi Zonasında investorlar üçün imtiyazlar açıqlanıb

Ələt Azad İqtisadi Zonasında investorlar üçün imtiyazlar açıqlanıb
# 09 iyun 2023 14:08 (UTC +04:00)

Ələt Azad İqtisadi Zonasında investorlar üçün fiskal və qeyri-fiskal imtiyazlar açıqlanıb.

APA xəbər verir ki, iqtisadi zonada tətbiq edilən imtiyazlar aşağıdakılar:

- İnvestorlar əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi, mənfəət vergisi və hər hansı digər korporativ vergidən azaddırlar;

- Zonada idxal və ixrac zamanı gömrük rüsumları və vergilər tətbiq olunmur;

- Aylıq əməkhaqqı 8 min manata qədər olan işçilər üçün gəlir vergisi tətbiq olunmur;

- Yüksəkixtisaslı əcnəbi işçilər üçün sosial sığorta ödənişləri könüllü, yerli işçilər üçün isə məcburi xarakter daşıyır;

- Əcnəbi hüquqi və fiziki şəxslərin Ələt Azad İqtisadi Zonasında mülkiyyət sahibi olmasına heç bir məhdudiyyət qoyulmur;

- Xarici investorlar üçün yerli tərəfdaş və səhmdar tələbi yoxdur;

- Valyuta əməliyyatları və ya mənfəətin repatriasiyasında heç bir məhdudiyyət yoxdur;

- İnvestorların əmlakı heç bir halda milliləşdirilə bilməz və Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu investorların əmlakını bu və ya digər məhdudiyyətlərdən qorunmasına təminat verir;

- Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu, həmçinin investorların əqli mülkiyyət hüquqlarının tam qorunmasına təminat verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR