Gələn il metronun "Həzi Aslanov" stansiyası əsaslı təmir olunacaq

Gələn il metronun "Həzi Aslanov" stansiyası əsaslı təmir olunacaq
  • Clock-gray 15:32
  • calendar-gray 08 Noyabr 2019

Gələn il metronun "Həzi Aslanov" stansiyasının əsaslı təmirinə başlanılacaq.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

Onun sözlərinə görə, hazırda layihə smetasının hazırlanması işləri aparılır.

"Yaxın gələcəkdə həmçinin “Nizami” stansiyasının da eskalatorlarının dəyişdirilməsi ilə əlaqədar təmir işləri aparılacaq. Bundan başqa, digər texniki istismara bağlı işlərimiz də var ki, onlar da yerinə yetiriləcək", - deyə Ə. Osmanov qeyd edib.

Qeyd edək ki, "Həzi Aslanov" stansiyası 2002-ci ilin dekabr ayında istifadəyə verilib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date