Kiyev-Gəncə reysi üzrə uçuşların başlanacağı tarix açıqlanıb

Kiyev-Gəncə reysi üzrə uçuşların başlanacağı tarix açıqlanıb
# 08 fevral 2022 16:44 (UTC +04:00)

Ukraynanın "Bees Airline" aşağı büdcəli aviaşirkəti 25 mart tarixindən etibarən Kiyev-Gəncə-Kiyev reysi üzrə uçuşlara başlayacaq.

"APA-Economics" şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, bir istiqamətə biletin qiyməti 77 ABŞ dollarından başlayır. Sözügedən qiymətə əl yükü də daxildir.

Xatırladaq ki, "Bees Airline" Ukrayna Dövlət Aviasiya Administrasiyasından Kiyevdən Gəncəyə həftədə iki dəfəyədək müntəzəm uçuşlar həyata keçirmək hüququ alıb. Kiyev-Gəncə marşrutu "Bees Airline" şəbəkəsində Azərbaycana ikinci reys olacaq. Belə ki, aviaşirkət artıq Gəncəyə Odessadan uçuşlar həyata keçirir və Kiyevdən uçuşlar başlayandan sonra bu marşrutu saxlamaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR