Məktəblərdə kibertəhlükəsizliklə bağlı açıq dərslər keçiriləcək

Məktəblərdə kibertəhlükəsizliklə bağlı açıq dərslər keçiriləcək
# 08 fevral 2022 16:34 (UTC +04:00)

100-ə yaxın ümumtəhsil müəssisələrinin müəllimləri üçün internetdən təhlükəsiz istifadə mövzusunda təlimlər təşkil edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, “İKT Lab” və aidiyyatı regional bölmələrində keçirilən təlimlərə Bakı, Şamaxı, Qəbələ, Şəki, Gəncə, Mingəçevir və Zaqataladan olan müəllimlər iştirak edib.

Təlimdə uşaqların üzləşə biləcəyi kibertəhlükələr, bu təhlükələrlə mübarizə üsulları, əsas kibergigiyena qaydalarından bəhs edilib.

Təlimdə iştirak edən müəllimlər sonrakı bir həftə ərzində şagirdlərin internetdən təhlükəsiz istifadəsi üzrə maarifləndirilməsi məqsədilə açıq dərslər təşkil edəcək və nəticələr barədə ETX-yə məlumat verəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR